Rusiyada azərbaycanlıları təhqir edən kişi cərimələnib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Nijni Novqorod sakini “Tsargrad” kanalındakı şərhində “Quran”ı “guya yəhudilərin yazdığını” iddia edib.
Məlumata görə, sentyabr ayında Nijni Novqorod məhkəməsi 59 yaşlı Aleksey K.-ya qarşı nifrət yaymaq ittihamı ilə bağlı işi araşdırıb. Məhkəmənin qərarına görə, ötən ilin sonunda kişi “Tsargrad TV” teleqram kanalında məsciddə keçirilən reydlə bağlı xəbərin altında bir neçə şərh yazıb.
O, belə yazıb: “Quranı bulanıqbaşlılar üçün yəhudilər yazıblar, amma bulanıqbaşlılar hər şeyi səhv anlayıblar, nəticədə bu vəziyyət yaranıb. Əgər insan pisdirsə deməli o bir heyvandır, onu həşərat saymaq olar”.
Bu ifadələr Qafqaz və Orta Asiya xalqlarının ləyaqətini alçaldan sözlər kimi qiymətləndirilib. Məhkəmədə kişi günahını etiraf edib və peşman olduğunu bildirib. Ona 10 min rubl məbləğində cərimə kəsilib.
Həmin gün eyni maddə üzrə onun barəsində daha iki məhkəmə iclası keçirilib. Qazaxıstan və Azərbaycan xalqlarını təhqir etdiyinə görə ona əlavə 20 min rubl cərimə yazılıb. Onun sözləri qeyri-etik olduğu üçün təqdim etmirik.