Azərbaycanlı yol qəzasında ağır yaralandı - HADİSƏ ANI
03 fevral 2023 11:53 (UTC +04:00)

Azərbaycanlı yol qəzasında ağır yaralandı - HADİSƏ ANI

Türkiyədə marşrut avtobusu qəza törədib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə İstanbul şəhəri Bahçelievlər adlanan ərazidə qeydə alınıb. Marşrut avtobusu idarəetmədən çıxaraq, əvvəlcə səkiyə çırpılıb. Daha sonra dayancaqdakı piyadalara və mikroavtobusa çırpılıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralananlar arasında azərbaycanlı Əhməd Rzayev də var. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Avtobusun sürücüsü saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar