Azərbaycanlı kapitanın gəmisindən 4 ton KOKAİN ÇIXDI
10 oktyabr 2024 10:40 (UTC +04:00)

Azərbaycanlı kapitanın gəmisindən 4 ton KOKAİN ÇIXDI

Azərbaycanlı kapitanın gəmisindən 4 ton kokain tapılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, İspaniya və Fransa polisi oktyabrın 4-də Mərakeşin Kanar adaları yaxınlığında Tanzaniya bayraqlı “RAS” adlı gəmidə əməliyyat keçiriblər.

Məlumata görə, gəminin kapitanı azərbaycanlı Rövşən Məmmədovdur. O, bu il iyul ayında əhəngdaşı daşımaq niyyətilə həmin gəmini kirayəyə götürüb. Rəsmi sənədlər bitəndən sonra dəniz nəqliyyat vasitəsi İstanbulun Qartal limanından səfərə başlayıb. Ancaq Mərakeşin Kasablanka limanında yanacaq doldurmaq üçün dayanan gəmi diqqəti özünə cəlb edib. Belə ki, Türkiyədən Qərbi Afrikaya əhəngdaşı daşıyan kargo gəmisi heç bir limanda saxlayıb yük boşaltmayıb və təhlükəli manevrlər edib. Şübhələnən Narkotik Qaçaqmalçılığı Analiz və Dəniz Əməliyyatları Mərkəzinin təqib etdiyi gəmiyə basqın həyata keçirilib. Nəticədə 4 ton kokain tapılan gəminin kapitanı da daxil olmaqla 2 azərbaycanlı, 7 türkiyəli və 1 hollandiyalının olduğu ümumilikdə 10 nəfər saxlanılıb.

Araşdırma zamanı gəminin hərəkət yolları detallı olaraq, izlənilib. Məlum olub ki, ələ keçirilən narkotiklər Cənubi Amerika ölkələrindən GPS olmayan gəmilərlə gətirilib. Daha sonra Atlantik okeanda Qvineya yaxud Mavritaniya sahillərində “RAS” gəmisinə yüklənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7675

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35