Moskvalını zəhərləyərək öldürən qarpız Həştərxandan gətirilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mərhum qadın onun ölümünə səbəb olacaq qarpızı “Sportivnaya” metrosu yaxınlığındakı “Meyvə cənnəti” mağazasından alıb.
Hazırda araşdırma aparılır, hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri araşdırır, mallar götürülüb və ekspertizaya göndəriləcək. Artıq mağazanın bağlandığı da məlumdur. Polis satıcını sorğu-sual üçün aparıb. Bəzi məlumatlara görə, mağazanın sahibləri əslən azərbaycanlı olan ər-arvaddır.
Hələ satış məntəqəsi bağlanmazdan əvvəl qorxuya düşən bir neçə müştəri aldığı meyvələri mağazaya qaytara bilib. Onlar bunu qadının qarpız yedikdən sonra ölməsi xəbəri fonunda etdiklərini etiraf ediblər.