Azərbaycanlı bloqer canlı yayımda DÖYÜLDÜ
29 noyabr 2025 00:22 (UTC +04:00)

Azərbaycanlı bloqer canlı yayımda DÖYÜLDÜ

0

Azərbaycan əsilli tanınmış bloqer Sübhan Məmmədov (“Subo”) Dubayda canlı yayım zamanı fiziki hücuma məruz qalıb.

Lent.az Qafqazinfoya istinadən xəbər verir ki, insident “Subo”nun MMA döyüşçüsü Şovhal Çurçayev barədə səsləndirdiyi sözlərdən sonra baş verib.

Belə ki, bloqer canlı yayımda döyüşçünün guya UFC rəhbəri qarşısında diz çökərək yarışlara dəvət istədiyini iddia edib. Bu ifadələri özünə ağır təhqir hesab edən Çurçayev əsəbiləşərək bloqerə zərbələr endirib.

Xatırladaq ki, bu ilin əvvəlində “Subo”nun Rusiya vətəndaşlığı ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub.

Onu bildirək ki, şiddət ehtiva etdiyi üçün görüntüləri yayımlamağı məqbul hesab etmirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar