Gömrükdə ələ keçirilən heroin
01 may 2021 14:47 (UTC +04:00)

Gömrükdə ələ keçirilən heroin

Azərbaycandan keçərək Avropaya heroin aparmaq istədilər -VİDEO

107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Çexiyaya "mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar" yükü aparan Ukrayna vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb və 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellər əsaslı yoxlanılıb.

Baxış zamanı panellərin hər birinin daxilində - çərçivə hissələri boyunca yerləşdirilən silindr formalı rezin borular aşkarlanıb. Həmin boruların içərisində isə gömrük nəzarətindən gizlədilən, çəkisi 107 kq 232 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroinin olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

İrandan gələn külli miqdarda heroin ələ keçirildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1597

Oxşar yazılar

Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45
Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

30 mart 2025 , 18:01
Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

30 mart 2025 , 15:31