Azərbaycanda velosipeddən düşürülüb qaçırılan yeniyetmə qız  tapıldı  - YENİLƏNİB
21 iyun 2024 10:00 (UTC +04:00)

Azərbaycanda velosipeddən düşürülüb qaçırılan yeniyetmə qız tapıldı - YENİLƏNİB

Polis evlənmək məqsədi ilə başqa rayona gedən 15 yaşlı qızı taparaq ailəsinə təhvil verib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

***

20 iyun, saat 19:49

Hacıqabulda qaçırılan 15 yaşlı qız Qəbələdə tapılıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, günorta saatlarında Hacıqabul rayonunun Meyniman kəndindən qaçırılan 15 yaşlı qızı Qəbələ polisinin  saxladığı bildirilir. Polis həm yeniyetmə qızı, həm də onu qaçıran şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

***

15:41

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

Lent.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, bununla bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4326
avatar

Oxşar yazılar