Yeni doğulan uşağın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-də ölməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırılır.
Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini, 25 yaşlı ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.