Azərbaycanda uşaq baxçasında KORRUPSİYA:  cinayət işi açıldı
23 aprel 2024 12:42 (UTC +04:00)

Azərbaycanda uşaq baxçasında KORRUPSİYA: cinayət işi açıldı

Yevlax rayon Qaraməmmədli kənd körpələr evi və uşaq bağçasında baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 2020-2024-cü illlərdə bağçanın maddi bazası imkan vermədiyi halda əlavə qrup təşkil olunmaqla qanunla nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərə əməkhaqqı ödənilməsi, ərzaq məhsullarının əsassız olaraq məxaricə silinməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

# 1854
avatar

Oxşar yazılar