Azərbaycanda tələbə intihar edib.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov məlumat verib. O qeyd edib ki, tələbənin intihar səbəbi məlum deyil:
“Muxtar Qayıbov Geoloji-kəşfiyyat fakultəsinin III kurs tələbəsi idi. Yaxşı oxuyan, fərqlənən tələbə idi. Valideynləri ilə də danışmışıq. Hər hansı bir probleminin olmadığını deyirlər. Muxtarın intihar səbəbi onlar üçün də müəmmalıdır. Onu da deyim ki, Muxtar Qayıbov 3 ay əvvəl nişanlanıbmış”.