Azərbaycanda şübhəli şəxs qismində 36 NƏFƏR SAXLANILDI
10 aprel 2021 11:00 (UTC +04:00)

Azərbaycanda şübhəli şəxs qismində 36 NƏFƏR SAXLANILDI

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğu üçün ümumilikdə 33 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

# 1158
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar