Azərbaycanda sərnişin avtobusu TIR-a çırpıldı  - YENİLƏNİB
29 noyabr 2024 12:10 (UTC +04:00)

Azərbaycanda sərnişin avtobusu TIR-a çırpıldı - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün saat 10:50-də Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində baş verib. “SCANIA” markalı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtobusla toqquşub. Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***
12:00

Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Oxşar yazılar