Azərbaycanda saxta COVID pasportu satan polislə bağlı RƏSMİ AÇIQLAMA
08 noyabr 2021 10:53 (UTC +04:00)

Azərbaycanda saxta COVID pasportu satan polislə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda polis əməkdaşının saxta COVID pasportu satması ilə bağlı xəbərlər yayılıb.

Lent.az-ın məlumatına görə, iddia olunur ki, Neftçala rayon Polis Şöbəsinin əməkdaşı Elmar Xankişiyev bir neçə gün əvvəl saxta COVID pasportu satarkən  yaxalanıb.

Məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a açıqlamasında bildirib ki, adıçəkilən polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub:

“Hazırda Neftçala rayon Polis Şöbəsində xidmət etmir. Odur ki, bu qanun pozuntusunu polis əməkdaşının törətməsi barədə iddialar həqiqəti əks etdirmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102
avatar

Mehman Nəbiyev

Oxşar yazılar