Azərbaycanda sabiq deputata CİNAYƏT İŞİ  açıldı - ÖZƏL
14 yanvar 2022 15:48 (UTC +04:00)

Azərbaycanda sabiq deputata CİNAYƏT İŞİ açıldı - ÖZƏL

Milli Məclisin ikinci çağırış deputatı qanunsuz ağac kəsməkdə ittiham olunur.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçmiş deputat Şərifov Ağakərim Şirəli oğlu Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz  qulluq  mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. İş üzrə toplanan materiallar baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Məmmədovun icraatına verilib.

İş üzrə zərərçəkən qismində vətəndaş Əliyev Cavidan Məzahir oğlu tanınıb.

Qeyd edək ki, A. Şərifov 2000-2005-ci illərdə Milli Məclisin ikinci çağırış deputatı olub.

Ağakərim Şəfirov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6240
avatar

Mehman Nəbiyev

Oxşar yazılar