Salyanda qızı zorla qaçıranlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a bildirib ki, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli, O.İsmayıllı və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb , araşdırmalar davam etdirilir.
***
saat 10:40
Salyanda gənc qız zorla qaçırılıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Zöhrab Natiq oğlu Səfərli və həmkəndlisi 2003-cü il təvəllüdlü Mirsabir Bəhrəm oğlu Hüseynov ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevəni (ad, soyadı şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla maşına mindiriblər.
Mirsabir Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə qaçırılan gənc qızı evlənmək məqsədilə aparıblar.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.