Şamxal Seyidəliyev
12 noyabr 2021 13:44 (UTC +04:00)

Şamxal Seyidəliyev

Azərbaycanda polislər qəzaya düşdü: biri öldü - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Oğuzda polis əməkdaşlarının yol qəzasına düşməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, noyabrın 12-də saat 4 radələrində Oğuz şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri almış sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

saat 12:39

Oğuzda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb, daha bir polis əməkdaşı isə ağır xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə gecə saat 3 radələrində Oğuz şəhər ərazisində baş verib.

Rayonun Filfilli kənd sakini, 26 yaşlı Şamxal Fərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yol kənarındakı ağaca vurub.

Qəza zamanı sürücü Ş. Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 23 yaşlı İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Şəki rayon Mərkəzi Xəstəxanasında İ. Səfərova ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralanan şəxslər polis əməkdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5972

Oxşar yazılar