İsmayıllı rayonunda polis əməkdaşı zəhərlənib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Mühafizə Polisinin əməkdaşı Elvin Abbaslı İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində xidmətdə olarkən yaxınları tərəfindən ağır vəziyyətdə aşkar edilib.
Onun sirkə turşundan zəhərləndiyi ehtimal olunur. Polis əməkdaşı ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.