Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşı elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, hadisə xidmətdən kənar baş verib: "Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətli xidmətdən kənar vaxtı elektrik cərəyanı vurması nəticəsində ölüb.
Elektrik cərəyanı vurması nəticəsində ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.
Mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin".