Azərbaycanda polis əməkdaşı özünü avtomobilində güllələyib - TƏFƏRRÜAT  - YENİLƏNİB
21 iyun 2021 23:00 (UTC +04:00)

Azərbaycanda polis əməkdaşı özünü avtomobilində güllələyib - TƏFƏRRÜAT - YENİLƏNİB

Balakəndə özünü güllələyən polis əməkdaşı ilə bağlı bəzi məlumatlar əldə etmişik.

Lent.az xəbər verir ki, xidməti silahı ilə özünü vuran polis əməkdaşı Tural Nəriman oğlu Əliyev 1997-ci ildə rayonun Talalar kəndində anadan olub. T. Əliyev iki il əvvəl polis sıralarına qəbul edilib. Hadisə bu gün axşam saat 19 radələrində Balakən şəhərindən Balakən Dəmir Yolu Stansiyasına gedən yolda baş verib. T. Əliyev idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilində xidməti silahından atəş açaraq özünü öldürüb. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya  Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. 

Kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, T. Əliyev subay, sakit təbiətli və heç kimlə problemi olmayan biri olub. 
Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Saat 19:45

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-aa bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib. Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18584

Oxşar yazılar

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

4 iyun 2025 , 23:41
Naxçıvanda  QƏZA:   yaralılar var

Naxçıvanda QƏZA: yaralılar var

4 iyun 2025 , 20:32
Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

4 iyun 2025 , 19:33
Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

4 iyun 2025 , 18:26
Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43