Azərbaycanda ovçularla  POLİS ARASINDA   insident
24 noyabr 2021 12:26 (UTC +04:00)

Azərbaycanda ovçularla POLİS ARASINDA insident

Zərdabda qanunsuz ov edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az verilən məlumata görə, Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şöbəyə dəvət ediliblər.

R.Abdurəhmanov bundan sonra tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxslər tüfəngdən atəş açaraq qaçıblar.

Həmin şəxslər saxlanılıblar.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürüblər.

# 2193
avatar

Oxşar yazılar