Azərbaycanda narkotikə görə tutulan şəxs öldü
03 fevral 2023 13:17 (UTC +04:00)

Azərbaycanda narkotikə görə tutulan şəxs öldü

0

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilən təqsirləndirilən şəxs vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) maddəsi ilə təqsirləndirilən 1994-cü il il təvəllüdlü Təbriz Şəfiyev istintaq təcridxanasına aparılarkən narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3578

Oxşar yazılar