Lənkəranda meyxana məclisi aşkarlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Cil” çay evində meyxana məclisinin keçirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.