Aprelin 29-da gecə saatlarında Mingəçevir şəhərində “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilmiş tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərərin, İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobilini vuraraq qaçmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.