Azərbaycanda kişi arvadını ÖLDÜRÜB , sirkə turşusu İÇDİ
06 fevral 2023 10:19 (UTC +04:00)

Azərbaycanda kişi arvadını ÖLDÜRÜB, sirkə turşusu İÇDİ

Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib, onu öldürməkdə şübhəli bilinən əri isə intihara cəhd edib.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Muğan kənd sakini 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Fakt üzrə araşdırma aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Elxan Əmənovun bıçaqla keçmiş arvadı Aysel Abbasovaya xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

# 1944
avatar

Fidan İlqar

Oxşar yazılar