Qubada intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Quba şəhəri ərazisində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş 38 yaşlı Rüstəm Firudin oğlu Məmmədov yaşadığı evdə özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.