Ağdamda yoxa çıxan 23 yaşlı qadın və övladları
13 sentyabr 2021 16:51 (UTC +04:00)

Ağdamda yoxa çıxan 23 yaşlı qadın və övladları

Azərbaycanda gənc gəlin azyaşlı övladları ilə birgə yoxa çıxdı -FOTO

Ağdamda 23 yaşlı qadın yoxa çıxıb.

APA-n yerli bürosunun xəbərinə görə, Əliyeva Ruqiyyə Həmid qızı məcburi köçkünlər üçün inşa olunan “Bənövşələr” qəsəbəsindəki ata evindən ötən gün səhər saatlarında çıxıb və evə qayıtmayıb. R. Əliyevanın yaxınları bu barədə DİN-in 102 çağırış mərkəzinə məlumat veriblər.

Yaxınları Ruqiyyə Əliyevanın psixoloji problemlərinin olduğunu, gedərkən 4 və 6 yaşında olan oğlanlarını da özü ilə apardığını bildiriblər.

Onu görənlərdən yaxınlıqdakı polis şöbəsinə və ya 050 564 76 04 nömrəsinə məlumat vermələri xahiş olunur.

# 3582
avatar

Oxşar yazılar