Sabirabadda karantin qaydalarının pozulduğu yas məclisi aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dünən gecə saat 22:30-da Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər. Polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.
Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.