Bərdədə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beş mərtəbəli yaşayış binasında baş verib.
Həmin ünvanda yaşayanlar - 26 yaşlı Ayşən Yusubova və onun 3 yaşlı oğlu dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.