Respublikanın daxili işlər orqanları ötən həftəsonu törədilən 82 cinayətin üstüneü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.