Azərbaycanda oğlunun intiharına dözməyən ata özünü öldürüb.
Lent.az-ın məlumatına görə, hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini, 48 yaşlı Muxtar Səfərov özünü öldürüb.
Qeyd edək ki, bir neçə gün əvvəl həmin kənddə məktəbli oğlanın intihar etməsi barədə xəbər vermişdik.
17 yaşlı Ələkbər Səfərov yaşadığı evin həyətində ağacdan özünü asmışdı.
Əldə etdiyimiz məlumata görə, bu gün canına qəsd edən Muxtar Səfərov Ələkbərin atasıdır.
Atası oğlunun ölümünə dözmədiyi üçün intihar edib.