İyunun 30-u səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2 yaşlı Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.