Azərbaycanda daha bir yeni doğulan uşaq öldü
03 may 2021 13:57 (UTC +04:00)

Azərbaycanda daha bir yeni doğulan uşaq öldü

Zaqatala rayonunda yeni doğulan körpə ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qımır kənd sakini, 33 yaşlı Rəvanə Xəlilova üçüncü uşaq dünyaya gətirmək üçün aprelin 30-da Zaqatala rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinə daxil olub.

R.Xəlilovanın həyat yoldaşı Fərman Xəlilovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, həyat yoldaşı xəstəxanaya daxil olduqdan bir gün sonra, mayın 1-də təbii yolla oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra həkimlər uşağın səhhətində problem olduğunu bildiriblər. Körpənin Şəki Regional Perinatal Mərkəzinə köçürülməsinə qərar verilib. Körpə mayın 2-si axşam saatlarında Şəki Regional Perinatal Mərkəzində ölüb.

F. Xəlilov övladının ölümündə Zaqatala rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinin həkimi Sədaqət Şəfiyevanı günahlandırır. Atanın sözlərinə görə, həkim doğuş zamanı körpənin başını zədələyib.

Doğuşu qəbul edən həkim S. Şəviyeva APA-nın yerli börosuna bildirib ki, doğuş zamanı uşağın baş nahiyəsinə heç bir zədə yetirilməyib. Doğuş zamanı ciftdə duyün olduğu məlum olub.

İlkin ehtimala görə, uşağın ölümünə bu səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2838
avatar

Oxşar yazılar