Naxçıvanın Ordubad rayonunda canavarlar kəndə hücum edib.
Sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisə rayonun Aşağı Əylis kəndində baş verib. Kəndə hücum edən canavarlar, ikisi məktəbli olmaqla, dörd nəfərə xəsarət yetirib.
Sakinlərin sözlərinə görə, kəndə hücum edən iki canavardan biri öldürülüb, digəri isə qaçıb.
Əlavə edək ki, sosial şəbəkələrdə canavarın hücumuna məruz qalan şagirdlərin xəstəxanadan videosu, xəsarət alan Elçin Əkbərovun isə fotosu yayılıb.