Azərbaycanda bir gündə 5 nəfər İTKİN DÜŞDÜ
24 fevral 2022 17:48 (UTC +04:00)

Azərbaycanda bir gündə 5 nəfər İTKİN DÜŞDÜ

Azərbaycanda 5 nəfər itkin düşüb.

Lent.az-ın məlumatına görə, Bakı şəhər sakini 18 yaşlı Aytac Allahverdiyeva, Şirvan şəhər sakini 39 yaşlı Eyvaz Cəlilov,  Abşeron rayon sakini 22 yaşlı Xanım Hüseynova, Xətai rayon sakini 45 yaşlı Qəfər Zeynalov və Qaradağ rayon sakini 15 yaşlı Fəridə Şamilova yaşadıqları evdən çıxaraq gedib və bir daha geri qayıtmayıblar. 

Onların itkin düşməsi barədə polisə məlumat verilib. İtkin düşənlərdən Şirvan sakini Eyvaz Cəlilov özünə məxsus “MG” markalı 90 NJ 494 dövlət nömrə nişanlı avtomiobili ilə birgə yoxa çıxıb. 

Hazırda itkin düşən şəxslərlə bağlı araşdırma davam etdirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5563

Oxşar yazılar