Tovuzda avtoxuliqan həbs edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edərək, onu intizama dəvət edən həmin ərazidə xidmət aparan rayon Polis Şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub. İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb. Onun sərxoş vəziyyətdə olması müəyyən edilib və rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.