Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunda qəzaya düşən avtomobil
06 may 2021 09:51 (UTC +04:00)

Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunda qəzaya düşən avtomobil

AZƏRBAYCANDA AĞIR YOL QƏZASI: ölənlərin sayı artıb -FOTO

Mayın 5-də axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun 132-ci km-də baş verən qəzada ölənlərin sayı artıb.

Lent.az-ın verdiyi məlumata görə, magistralın Şabranın Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınan yol nəqliyyat hadisəsində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Xəyal Əhmədxalı  hadisə yerində dünyasını dəyişmişdi.

Xəsarət alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 5 nəfərdən biri Quba rayon sakini, 1993-cü il təvəllüdlü Əli Əzizovun həyatını da xilas etmək mümkün olmayıb. 

Quba rayon sakinləri 1994-cü il təvəllüdlü Kənan Abdullayev, 31 yaşlı Hüseyn Babayev və 32 yaşlı Əmri Əhmədxanlının müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

5 may Saat 23:42

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Lent.az-ın məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Şabranın Gəndob kəndi ərazisindən keçən hissəsində baş verib.  

İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb.  Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Vəli Turan
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8154
avatar

Oxşar yazılar