Azərbaycanda AĞIR QƏZA - 2 ÖLÜ -  YENİLƏNİB
04 may 2022 21:46 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA - 2 ÖLÜ - YENİLƏNİB

Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb və o qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb. 

Qəza zamanı 2 nəfər ölüb. Hadisəyə səbəb kimi Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir. 
 

***

19.50

Şəmkirdə ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan iki yük maşını toqquşub.

Qəza zamanı 1984-cü il təvəllüdlü Asif Əliyev və Möhübbət Kazımov ölüb. 1990-cı il təvəllüdlü Tural Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4555

Oxşar yazılar