“Kliniki Tibbi Mərkəz”in Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, onlardan 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib.
Zəhərlənənlərdən üçü dünyasını dəyişib. Onlardan biri (pomidor turşusundan, biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olmuşdu.