Azərbaycanda 34 il həbsdə yatan şəxs yenə tutuldu -  FOTO
08 noyabr 2021 13:52 (UTC +04:00)

Azərbaycanda 34 il həbsdə yatan şəxs yenə tutuldu - FOTO

Şəkidə otlaq sahəsindən mal-qara oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polisə müraciət edən 7 nəfər onlara məxsus ümumilikdə 11 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də oğurluğa görə 34 il məhkumluq həyatı yaşayan Ağdam rayon sakini Bəhmən Məhərrəmov saxlanılıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı heyvanları Bərdə rayonundakı mal-heyvan bazarında satdığını bildirib.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3581

Oxşar yazılar

Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın  ələ keçirildi

Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi

24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar

Mehdiabadda "Opel"i oğurladılar

24 may 2025 , 16:56
Azərbaycanda tələbə faciəvi şəkildə  öldü

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

24 may 2025 , 16:18
Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

24 may 2025 , 15:54
Abşeronda evdən 10 minlik  OĞURLUQ

Abşeronda evdən 10 minlik OĞURLUQ

24 may 2025 , 14:51