Azərbaycanda 33 yaşlı kişi BIÇAQLANDI
06 fevral 2023 09:49 (UTC +04:00)

Azərbaycanda 33 yaşlı kişi BIÇAQLANDI

Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanıb.

Lent.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Rasim oğlu Yaqubova qarın nahiyəsinə naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilib. Yaralı Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

# 1401
avatar

Fidan İlqar

Oxşar yazılar