2022-ci ildə Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 816 nəfərə inzibati tənbeh tədbiri tətbiq edilib.
Lent.az xəbər verir ki, bundan əlavə "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanuna əsasən, qadağan olunan yerlərdə siqaret çəkən, ətraf mühitə atan 14 min 421 nəfər də cərimələnib.
Məlumata görə, cərimələr İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, tətbiq edilib.