Təyin olunmayan yerlərdə siqaret çəkən, siqareti ətrafa atan və yetkinlik yaşına çatmayanlara siqaret satanlara tətbiq olunan cərimələrlə bağlı statistiak açıqlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilə məlumata görə, ümumilikdə, bu istiqamətdə 2020-ci il və 2021-ci ilin 9 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən tədbirlər keçirilib. Nəticədə “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3237, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 242 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Tətbiq edilmiş cərimələr 121.160 manat təşkil edib.
Nazirlikdən bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.