Azərbaycanda 116 nəfər zəhərləndi, ölənlər var
10 yanvar 2025 15:06 (UTC +04:00)

Azərbaycanda 116 nəfər zəhərləndi, ölənlər var

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib.

Mərkəzdən Lent.az-a verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22 nəfər botulizmdən zəhərlənən şəxslərdir.

Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi, 2 nəfər qadın) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4563
avatar

Oxşar yazılar