Azərbaycanda körpənin qarnında yad cisim aşkarlanıb.
Lent.az xəbər verir ki, hadisə Mingəçevir şəhərində baş verib. 1 yaşlı uşaq şəhər Mərkəzi Xəstəxanasında müayinə olunub və onun nazik bağırsaqlarında 8 ədəd maqnit tapılıb.
Əməliyyat nəticəsində körpənin udduğu həmin maqnitlər bağırsqdan çıxarılıb.
Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.