Azərbaycan Türkiyə vətəndaşını Qazaxıstana təhvil verdi
16 fevral 2024 17:20 (UTC +04:00)

Azərbaycan Türkiyə vətəndaşını Qazaxıstana təhvil verdi

0

Qazaxıstanın beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş, Türkiyə Respublikasının vətəndaşı, 36 yaşlı Fatih Akdağın verilməsinə dair Qazaxıstan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Fatih Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3998

Oxşar yazılar