Azərbaycan polisi 1 tona yaxın narkotiki dövriyyədən çıxarıb
06 may 2021 16:37 (UTC +04:00)

Azərbaycan polisi 1 tona yaxın narkotiki dövriyyədən çıxarıb

"Bu ilin birinci rübündə 1 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Bu da 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə 510.5 kq çoxdur".

Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

2021-ci ilin birinci rübündə polis əməkdaşları tərəfindən 1 tona yaxın narkotik vasitənin götürüldüyünü qeyd edən E.Hacıyev narkotiklərlə mübarizə tədbirlərinin davam etdirildiyini deyib.

Xatırladaq ki, ötən il ümumilikdə 1 ton 873 kq və ya dəyəri 20 milyon manat olan narkotik maddə götürülüb. Bu isə 2019-cu ildəki göstəricidən 642 kq çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Mehman Nəbiyev

Oxşar yazılar