“Azərbaycan mafiyası”nın  iki üzvünə   5 sutka həbs verildi
19 oktyabr 2023 17:50 (UTC +04:00)

“Azərbaycan mafiyası”nın iki üzvünə 5 sutka həbs verildi

Sankt-Peterburq məhkəməsi İvan Alekseyev və Amin Həsənovu xırda xuliqanlıq maddəsi ilə beş sutkalıq inzibati həbsə məhkum edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Onlar Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli biliniblər. Məhkəmə zalında onlar etdiklərini etiraf ediblər.

Məhkəmənin məlumatına görə, oktyabrın 16-dan 17-nə keçən gecə gənclərin gur olduğu yerlərdə yoldan keçənlərin iradlarına heç bir reaksiya vermədən kobud nalayiq ifadələr işlədiblər. Bundan əlavə, müəyyən edilib ki, Alekseyev əvvəllər də xuliqanlıq zəminində davada iştirak edib.

Mənbənin məlumatına görə, saxlanılanların Sankt-Peterburqda təsadüfi yoldan keçənlərə hücum edən və özlərini “Azərbaycan mafiyası” adlandıran qrupun üzvləri olduğu iddia edilir.

Bundan başqa, azyaşlılar Enull Dəmirov və Elmira Atakişiyeva ilə də məsələ həll olunub. Azərbaycanlıların Rusiyada yaşamaq hüququ üçün sənədləri olmayıb.

Dəmirov bildirib ki, soyadını bilmədiyi əmisi ilə yaşayır. O, ümumiyyətlə, valideynlərinin adlarını verməkdən imtina edib, lakin onların Azərbaycanda olduqlarını qeyd edib. Atakişiyeva atası ilə Sankt-Peterburqda yaşayır, anası isə vətənində qalıb, lakin kişi telefon zənglərinə cavab verməyib.

Onlar 30 günə qədər yetkinlik yaşına çatmayanlar üçün təcridxanada qalacaqlar. Orada valideynlərini gözləyəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Oxşar yazılar