Azərbaycan mafiyasının  16 yaşlı üzvü tutuldu
26 oktyabr 2023 19:07 (UTC +04:00)

Azərbaycan mafiyasının 16 yaşlı üzvü tutuldu

Rusiyanın İstintaq Komitəsi Sankt-Peterburqda üzvləri yoldan keçənlərə hücum edən “Azərbaycan mafiyası” işi üzrə daha bir şübhəlinin saxlanıldığını açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs 16 yaşlı Azərbaycan vətəndaşıdır. İdarədən bildirilib ki, hazırda saxlanılan şəxslə bağlı istintaq hərəkətləri aparılır, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. İstintaqın məlumatına görə, yeniyetmə digər oğlanlarla birlikdə yoldan keçənlərə hücum edib, ictimai yerlərdə dava salıb.

İş üzrə ümumilikdə 8 gənc saxlanılaraq həbs edilib, onlardan 4-ü barəsində cinayət işi açılıb. İstintaq Komitəsi əlavə edib ki, digər cinayət ortaqlarına yaxın vaxtlarda ittiham irəli sürüləcək.

Oktyabrın ortalarında Sankt-Peterburq sakinlərinin “Azərbaycan mafiyası” tərəfindən terrora məruz qalması barədə xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4152
avatar

Oxşar yazılar