Mahir Xəttab
10 sentyabr 2021 16:03 (UTC +04:00)

Mahir Xəttab

"Azadinfo.az"ın rəhbərinin həbsinin SƏBƏBİ AÇIQLANDI - YENİLƏNİB

Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, “azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Belə ki, Mahir Ələkbərov sentyabrın 8-də «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib. Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında sentyabrın 8-də qəsdən yayıb. Həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı sentyabrın 9-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

Bu gün həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. 
Baş Prokurorluq xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.  Habelə, bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir.

***

Saat: 15:49

"Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərli (Xəttab) barəsində həbs-qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Məhkəmənin qərarı ilə Mahir Ələkbərli barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan M.Ələkbərli hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.

***

Saat: 10:31

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi saxlayıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, o hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir. 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təstiqləyiblər. 

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək. 

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab sentyabrın 9-da axşam saatlarında saxlanılıb.

Qeyd edək ki, YAP Binəqədi rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun bir neçə gün öncə pornoqrafik videosu yayılıb. Mahir Xəttab mövzu ilə bağlı R. Göyüşovdan müsahibə almışdı. Sentyabrın 9-da isə sosial şəbəkələrdə Mahir Xəttabın Binəqədi rayon Təşkilatının sədr əvəzindən hədə-qorxu ilə pul tələb etdiyi barədə iddialar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5712
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45