Azərbaycanda abituriyent intihar edib.
Lent.az xəbər verir ki, hadisə Ağdam rayonunun Orta Qərvənd kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Məmmədov Şəfaət Elman oğlu özünü tövlədə asıb.
İlkin məlumata görə, Ş. Məmmədov buraxılış imtahanında az bal toplayıb. Ehtimal edilir ki, o buna görə canına qəsd edib.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.